“VAZ 2107” səkiyə çırpıldı, sürücü öldü

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Gəncə Şəhər Baş Polis İdarəsinin məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində baş verib. Şəhər sakini, 57 yaşlı Sabir Məmmədov idarə etdiyi “VAZ 2107” markalı avtomobili yol kənarındakı səki daşına çırpıb və hadisə yerində ölüb. Ehtimala görə, sürücü sükan arxasında olarkən ürəyi dayanıb, bundan sonra avtomobil səki daşına çırpılıb.

 

APA TV-nin xəbərinə görə, faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli