Azərbaycan prezidenti Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul edib
Prezident İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Amerika Yəhudi Komitəsinin üzvləri ilə müntəzəm görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd edilib, bu görüşlərin Azərbaycanla Amerika Birləşmiş Ştatları və Azərbaycanla İsrail arasında əlaqələrin inkişafına töhfə verdiyi bildirilib.
Görüşdə həmçinin Azərbaycanla Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
D.Harris ölkəmizə son səfərindən ötən dövr ərzində Azərbaycanın çox böyük nailiyyətlər əldə etməsini məmnunluqla vurğulayıb.