Radikal islamçılar 29 nəfəri qətlə yetirib

Nigeriyanın şimal-şərqində silahlıların hücumu nəticəsində 29 nəfər qətlə yetirilib. Hücum “Boko Haram”radikal islamçı təşkiltı tərəfindən törədilib.

 

Bundan əvvəl Nigeriyanın şimal-şərqindəki Mayduquri şəhərində iki terror aktı nəticəsində 50-dən artıq adam ölmüşdü.

 

APA TV-nin xəbərinə görə, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.  2013-cü ilin mayında Nigeriyanın prezidenti Qudlak Conatan ölkədə fövqəladə vəziyyət elan edərək “Boka Haram” qruplaşmasına qarşı hərbi əməliyyatın başlanmasını bəyan edib.

 

Müəllif | Apa.Tv