Barak Obama: “Rusiya cəzasız qalmayacaq”

ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı kəskin çıxışlar edib. O bildirib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi cəzasız qalmayacaq. Onun sözlərinə görə, rəsmi Moskvanın Ukraynaya qoşun yeritməsi tarixinin ən yanlış səhvlərdən biridir.

 

APA TV-nin xəbərinə görə, Avropa Birliyinin xarici işlər nazirləri də Rusiyanın Ukraynaya qarşı hərbi gücdən istifadə etməsini qınayıb. İclasda diqqət çəkən məqamlardan biri də Rusiyanın Ukraynaya qarşı mövqeyi “işğal” kimi deyil, “hücum etməsi” kimi qeyd edilib.

 

Toplantıda çıxış edən AB xarici işlər nazirləri Rusiyanı hərbi müdaxilə fikrindən daşınmağa, məsələnin beynəlxalq hüquq çərçivəsində həll edilməsinə çağırıb.

 

Müəllif | Apa.Tv