Azərbaycanda daha bir zəlzələ oldu

Qəbələ rayonunda zəlzələ olub. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA TV-yə verilən məlumata görə, zəlzələ martın 4-də saat 08:16-da Qəbələdən 11 km şimal-şərqdə qeydə alınıb. Zəlzələ episentrdə 4 bala yaxın, yaxın yaşayış məntəqələrində 3 bala yaxın hiss olunub. Tikililərdə dağıntı yoxdur. 

Qeyd edək ki, martın 3-də Qəbələ ərazisində yeraltı təkan qeydə alınıb.

Fevralın 26-da Qəbələdə , 27-də Lerikdə 3 bal gücündə, zəlzələ baş verib. Fevralın 10-da isə Şamaxı rayonunda 5,8 bal gücündə zəlzələ olub. 

Müəllif | Apa.Tv
Almaz Qasımova