Moskvada bank yaran azərbaycanlı tutuldu

Moskva ətrafında banka hücum edən şəxsin kimliyi məlum olub. Rusiya Daxili İşlər Nazirliyinin regional şöbəsinin yaydığı məlumata görə, bu, 30 yaşlı Azərbaycan vətəndaşıdır. İlkin ifadəsi zamanı o, cinayəti törətdiyini etiraf edib.

 

APA TV-nin xəbərinə görə, hadisə ötən il mayın 31-də baş verib. 4 nəfər banka girib xəzinədarı silahla hədələyərək, kassadakı bütün pulları tələb edib. Pulu aldıqdan sonra isə hadisə yerindən qaçıblar. Kommersiya bankına 300 min rubl ziyan dəyib. Bankda quraşdırılmış nəzarət kameraları görüntüsündən cinayəti törədən şəxslərin Qafqaz görünüşlü 4 nəfər olduğu müəyyənləşib. Fevralın sonunda cinayəti törətməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb. Quldurluq maddəsi ilə cinayət işi başlanılıb. Hadisənin digər iştirakçılarının axtarışı davam etdirilir.

 

Müəllif | Apa.Tv