“Galatasaray”dan Edin Dzeko açıqlaması


“Galatasaray” klubu “Mançester Siti”nin və Bosniya milli komandasının futbolçusu Edin Dzekonun transferi ilə bağlı xəbərlərə münasibət bildirib. Klubun mətbuat katibi Şükrü Ergün qeyd edib ki, bu transferlə bağlı xəbərlər əsassızdır: “Bundan nə bizim, nə klub rəhbərliyinin, nə də oyunçunun xəbəri var. Yəqin jurnalistlərdən biri uydurub və ya oyunçunun menecerləri belə bir xəbəri dövriyyəyə buraxıblar. Hər il üzləşdiyimiz hadisələrdən biridir”.

Şükrü Ergün baş məşqçi Roberto Mançininin İtaliya milli komandasına rəhbərlik edəcəyi barədə italyan mətbuatında tirajlanan xəbərlərə də münasibət bildirib: “Bu xəbər bizim üçün dedi-qodudan başqa bir şey deyil. Bizim üçün əsas mənbə Mançininin özüdür. Baş məşqçinin isə bu məsələ ilə bağlı klub rəhbərliyi ilə heç bir təması olmayıb”.

Müəllif | Apa.Tv
Apa.tv