Hövsanda "BMW" "VAZ 21099"a çırpıldı

Suraxanı rayonunun Hovsan qəsəbəsində magistral yolda avtomobil qəzası baş verib. "BMW" markalı avtomobillə "VAZ 21099" markalı maşının toqquşmasınəticəsində 2 nəfər ağır bədən xəsarəti alıb. "VAZ 21099"un bir sərnişininə ilkin tibbi yardım göstərilib.

 

Hadisəyə "BMW"in idarəetmədən çıxaraq, əks yola çıxmasının səbəb olduğu ehtimal edilir. "BMW"in sürücüsü açıqlama vermək istəməyib. Suraxanı rayon Polis İdarəsindən APA TV-yə bildirilib ki, texniki ekspertizanın rəyindən sonra hadisəyə hüquqi qiymət veriləcək.

 

Müəllif | Apa.Tv