Restoranın yanında kişi meyiti tapıldı
Lənkəran rayonunda kişi meyiti tapılıb. APA TV-nin cənub bürosunun məlumatına görə, meyit Lənkəran rayonunun Darquba kəndində, “Armudluq” restoranının yanında aşkarlanıb. Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Üzərində hər hansı zorakılıq əlamətlərinin olub-olmadığını aydınlaşdırmaq üçün meyit Lənkəran Məhkəmə-tibbi ekspertiza şöbəsinə aparılıb. Araşdırmalar nəticəsində ölənin 1968-ci il təvəllüdlü Darquba kənd sakini Vasif Həbib oğlu Rzayev olduğu məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.