TƏMAS XƏTTİNİ KEÇƏN ERMƏNİ ERMƏNİSTANA TƏHVİL VERİLİB
“Yanvarın 28-də qoşunların təmas xəttini keçərkən saxlanılan Ermənistan vətəndaşı Xocayan Mamika Tiqranoviçin bu gün ölkəsinə təhvil verilib”.
Bunu APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov deyib. O bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) köməkliyi ilə həmin şəxsin Ermənistan tərəfinə verilib.
Qeyd edək ki, yanvarın 28-də saat 16 radələrində təxminin 65 yaşında olan mülki şəxs Xocayan Mamika Tiqranoviç Tovuzun Əlibəyli kəndində çayı keçərkən sakinlər tərəfindən saxlanılaraq hərbçilərə təhvil verilib.