Dərs vaxtı "zəlzələ" - TƏLİM
Dərs zamanı baş verən "zəlzələ" 126 nömrəli məktəbin şagirdlərini təşvişə salıb. APA TV xəbər verir ki, Belə hallar zamanı şagirdlərin necə davranmaları üçün Fövqaladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi təlim keçib.
Tədbirin nəzəri hissəsində Bakı Regional Mərkəzinin əməkdaşları məktəbin şagirdləri ilə birgə fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı ilə bağlı məlumat veriblər.
Praktik hissə zamanı məktəbin həyətində əvvəlcədən müəyyənləşən təlim nöqtələri üzrə Bakı Regional Mərkəzinin xilasediciləri tərəfindən xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıqlar, yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları tədbir iştirakçılarına nümayiş olunub.
Tədbir FHN Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının məktəbin həyətində yanğınsöndürmə texnika və vasitələrinin təyinatı və ondan istifadə qaydaları barədə təqdimatı və şərti yanğının söndürülməsi ilə başa çatıb.