Azərbaycan prezidenti İdman Konsert Kompleksinə baş çəkib

Prezident İlham Əliyev martın 4-də H. Əliyev adına İdman Konsert Kompleksində aparılacaq əsaslı təmir və yenidənqurma işlərinin layihəsi ilə tanış olub. Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevə görüləcək işlərlə bağlı məlumat verib. Dövlət başçısı komplekslə yanaşı, ətraf ərazilərdə də abadlıq işlərinin aparılması ilə bağlı əlavə göstərişlər verib.

 

Prezident İlham Əliyev Kompleksin idman arenasında müxtəlif məşq zallarına və binanın fasadında aparılacaq təmir və yenidən qurma işlərinin layihəsi ilə tanış olub.

 

Bildirlib ki, kompleksin bütün sahəlində, o cümlədən əsas və məşq korpuslarında, müxtəlif idman zallaında əsaslı təmir və bərpa işlərinə başlanılması üçün hazırlıq işləri yeni layihəyə uyğun olaraq artıq başa çatdırılıb.

 

Bundan əlavə kompleks yeni və sürətli internet şəbəkəsinə qoşulacaq. Binada ən müasir standartlara cavab verən   yeni havalandırma sistemi isə artıq quraşdırılıb. Sonra Prezident İlham Əliyev kompleksinin yanındakı parka gəlib. Parkın yenidən qurulması , abadlıq və quruculuq işlərinin həyata keçirilməsi ilə bağlı göstərişlər verib. 

 

Müəllif | Apa.Tv
Apa.tv