Nazirlər Kabinetində "Sovetski" ilə bağlı xüsusi iclas keçiriləcək
Parlamentin 4 mart iclasında Bakının “Sovetski” məhəlləsindəki söküntü ilə bağlı məsələ müzakirə olunub. APA TV-nin xəbərinə görə, bu barədə danışan millət vəkili İqbal Ağazadə bildirib ki, "Sovetski"də aparılacaq söküntü ilə bağlı əhaliyə verilən kompensasiyaların miqdarına yenidən baxılmalı, evlərinin kvadratmetri az olanlara konkret ev verilməlidir.
Spiker Oqtay Əsədov isə millət vəkilinə cavabında bildirib ki, "Sovetski" - nin sökülməsi məsələsinə baxılması üçün yaxın günlərdə Nazirlər Kabinetinin xüsusi iclası keçiriləcək və müzakirələrin nəticəsi parlamentə göndəriləcək: ""Sovetski"dən məcburi heç kim köçürülmür. Kim köçmək istəyir, 1500 kompensasiya alıb köçür. Bu məsələlər hələ davam edir Hökumətin iclası olacaq. Lazım olarsa, əlbəttə ki, parlament olaraq biz də bu barədə sözümüzü deyəcəyik".
Hazırda "Sovetski"də sökülən binaların hər kvadratmetrinə görə 1500 manat kompensasiya təklif olunur