AXCP qərargahının yerləşdiyi binanın sakinlərinə mənzil veriləcək
"AXCP-nin qərargahının yerləşdiyi binanın və ona yaxın yaşayış sahələrindəki sakinlər mənzillə təmin ediləcək".
APA TV-nin xəbərinə görə, bunu Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov bildirib: "Mənzillər müəyyənləşdirilib. Yaşayış evləri dövlət vəsaiti hesabına köçürüləcək. Qeyri-yaşayış sahələrinin icarə haqqları ilə bağlı isə danışıqlar aparılır".
Onun sözlərinə görə, Tələt Şıxəliyev, 8 ünvanında yerləşən binanın zirzəmisində qaz balonundan yanğına keçən partlayışdan sonra Fövqaladə Hallar Nazirliyinin müvafiq strukturları hadisə yerində olub. Aparılan araşdırmalar göstərib ki, partlayışdan sonra binanın özül hissəsinə ciddi ziyan dəyib. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib ki, burada insanların yaşayışı üçün hər an təhlükə var.
Keçən əsrin əvvəllərində inşa edilən birmərtəbəli və zirzəmidən ibarət tikilinin üstündə qanunsuz olaraq, ikinci mərtəbə tikilib. Birinci mərtəbənin zirzəmisinin üstündə olan örtük ağac konstruksiyalardan ibarət olmasına baxmayaraq, sonradan onun üstündən monolit beton döşəmə konstruksiyası verilib və həmin konstruksiyalar binanın divarı ilə əlaqələndirilməyib. Köcürülmənin siyasi məqsədlərlə həyata keçirilməsinə isə Əsədov belə cavab verib: "Heç bir siyasi məqsəddən söhbət gedə bilməz. Bildiyiniz kimi, orda partlayış verib. Bizim əməkdaşlar isə ora gəliblər. Onlar hec bilməyiblər ki, orda yaşıyış evidir, yoxsa hansısa partiya yerləşib".
Əsədov qeyd olunan ünvanda 3 yaşayış sahəsinin, 1qeyri-yaşayış sahəsinin təcili köçürülməsinin zəruri olduğunu bildirib.