Salyanda 49 yaşlı kişini öldürüb, maşından atdılar

Salyan rayonunda qətl törədilib. Hadisə martın 4-ü saat 13 radələrində rayonun Qaraçala kəndində qeydə alınıb. Salyan sakini, 1965-ci il təvəllüdlü Xəlilov Aydın Rafiq oğlu naməlum şəraitdə qətlə bir neçə bıçaq zərbəsi ilə yetirilib.

 

Hadisə şahidlərinin bildirdiyinə görə, mərhumla qara rəngli JEEP-də olan naməlim şəxslər arasında mübahisə düşünb, həmin şəxslər onu bıçaqla vurandan sonra maşından yerə atıblar.

 

APA TV-nin xəbərinə görə, faktla bağlı Salyan rayon Prokurorluğunda cinayət işi başlanıb. Salyan Rayon Polis Şöbəsində qətli törədənlərin tapılması istiqamətində əməliyyat tədbirləri görülür.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı