Təlim meydançaları yoxa çıxıb, SÜRÜCÜLÜK VƏSİQƏSİ ALMAQ ASANLAŞIB

Ökədə avtomobillərin sayı gündən-günə artsa da, sürücülərin peşəkarlığının buna mütənasib olduğunu demək mümkün deyil. Əksinə, yollarda hər addımbaşı təcrübəsiz sürücüyə rast gəlinir. Bunun da nəticələri ağır olur. Əvvəllər sürücülük vəsiqəsini almaq o qədər də asan deyildi. Vəsiqə almaq arzusunda olanlar bir neçə ay təhsil almaq, təlimlərə getmək məcburiyyətindəydilər. İndi belə təlim meydançaları çox azdır. Ömrünün 40 ilini sürücülük peşəsinə bağlayan Elman dayı deyir ki, əvvəllər bu peşəyə yanaşma daha məsuliyyətli idi. Onun sözlərinə görə, SSRİ dönəmdə sürücü olmaq üçün 1 il oxumaq lazım gəlirdi. Həm də maddi-texniki bazası mükəmməl olan peşə məktəblərində. İndi isə əksər sürücülük məktəbinin həyəti belə yoxdur. Bu peşəyə 3 aya sahiblənirlər. Təlimçi bildirir ki, sürücülük peşəsini öyrənmək üçün nəzəriyyəni bilməklə yanaşı gərək təcürübəni də bilmək vacibdir. Bu gün sürücülərin təlim keçməsi Bakıda müşkülə çevrilib. Təlim üçün azad meydançalar, motodromlar olmalıdır. Amma indi bir dəfə dövrə vurmaqla 25 gündən sonra sürücülük vəsiqəsi alırlar. Sürücü olmaq üçün təhsil vacibdir. Oxumaq lazımdır. Maarifləndirmə olmasa bunun fəsadları daha dəhşətli olacaq. Bundan əlavə iş tək oxumaqla bitrmir. Öyrənmək üçün də təlim meydançaları lazımdır ki, buna da indi çətin hallarda rast gəlinir. Elman dayı 1970-ci ildən sürücü işlədiyini deyib. Qeyd edib ki, o vaxt 6 ay-1 il əziyyət çəkib. İndi 15 gündən sonra maşın sürürlər.

 

"Təlim meydançalarının olmaması bu işin həyata keçirilməsində ciddi çətinliklər yaradır. Meydançalar olmadığından ayrı-ayrı şəxslərin öz maşınları ilə sürücülüyü öyrənməsi də çətin olur. Təcrübə meydançaları mütləq olmalıdır. Bu gün şəhərdə maşınların çoxluğu, yolların həddindən artıq yüklü olması təlim üçün fəaliyətə maneələr törədir".

 

Bunu APA TV-yə "Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı mərkəzi"MMC-nin şöbə rəisi Arzuman Kosayev deyib. O hesab edir ki, sürücü əvvəlcə nəzəri biliyə yiyələnməlidr. Bundan sonra meydançada təlim keçməlidir. Şöbə rəisi MMC-nin tabeliyində olmayan digər məktəblərdə da hazırlığın yox səviyyəsində olduğunu bildirir: "Hər bir məkətbin maddi-texniki bazası olmalıdır ki, tədris və təlim fəaliyyəti ilə məşğul olsun. Bunun üçün maddi-tekniki bazanın varlığı mütləqdir. İlkin təlim meydançasının varlığı mütləqdir". Nəzərə alsaq ki, ildə təxminən 20 min insan sürücülük vəsiqəsi alır, demək təlimlərə də tələbat var. Arzuman Kosayev təəssüflə deyir ki, bu gün Bakıda təlim meydançaları kifayət etmir. Yalnız hazırlıq kurslarının filiallarında təlim meydançaları var. Bu da ilkin təlim meydançası adlanır. Müdavimin öyrənməsi üçün bu kifayət edir. Amma sürücülük peşəsinə tam sahib olmaq üçün Bakıda bu meydançaların açılması labüddür. "Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı mərkəzi" MMC-nin Sabunçu rayon filialının  mütəxəssisi Rahib Balaxanov deyir ki, paytaxtda avtomobillərin və yeni tikilərin sayının artması bu sahədə peşəkar hazırlamağa ciddi problemlər törədəir. Müsahiblərim şəhərin müxtəlif tərəflərində təlim meydanlarının salınmasına ehtiyac olduğunu vurğuladılar. Çünki sürücülərin təcrübəsizliyi bu gün qəzaların artmasına səbəb olur. Maşınların, dolayısı ilə sürücülərin sayı artdıqca, onların öyrənməsi üçün təlimə də ehtiyac yaranır.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı