BAKIDA LOMBARDDA YANĞIN: Maliyyə sənədləri yandı


Ötən gecə Bakının Nərimanov rayonu ərazisində lombard yanıb. APA TV-nin məlumatına görə, hadisə Molla Cümə küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində baş verib. Ümumi sahəsi 45 kvadratmetr olan lombardda yanğın başlayandan dərhal sonra hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, alovun qonşuluqdakı yeməkxanaya və yaşayış evlərinə keçməsinin qarşısı alınıb.

Lombard sahibinin sözlərinə görə, yanğın zamanı bəzi maliyyə sənədləri yansa da, girov əşyalara və nağd pula ziyan dəyməyib. Faktla bağlı araşdırma aparılır.
 

Müəllif | Apa.Tv
Apa.tv