“Shacman” yoldan çıxaraq kanalizasiya kanalına aşdı - QƏZA

Şirvanda ağır tonnajlı sement daşıyan avtomobil aşıb. Şirvan şəhərinin Kür çayı sahilində yerləşən dəmir yolu körpüsünün yaxınlığında Mingəçevir şəhər sakini, 50 yaşlı Məmmədəliyev Sayat Tərlan oğlu idarə etdiyi “Shacman” markalı yük maşınını kanalizasiya kanalına aşırıb. Qəza nəticəsində xəsarət alan olmayıb. Lakin ağır tonnajlı avtomobillər üçün nəzərdə tutulan yolda tıxac yaranıb.


Qeyd edək ki, avtomobil özəl şirkətlərdən birinə məxsusdur və yaxınlıqda tikinti işləri aparılan əraziyə sement daşıyırmış.
 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı