“Range Rover” “Jiquli” ilə toqquşub, maşınlar işıqforu və piyada keçidini dağıdıblar
Bakının mərkəzində “Range Rover” və VAZ-21015 markalı avtomobillər toqquşub. APA TV-nin məlumatına görə, hadisə Bülbül və Zərifə Əliyeva küçələrinin kəsişməsində baş verib. “VAZ 21015” Zərifə Əliyeva, “Range Rover” isə Bülbül küçələri ilə hərəkət edirmiş. İlkin ehtimala görə, avtomobillərdən biri işıqforun qırmızı işığına məhəl qoymayıb və nəticədə toqquşma baş verib.
Toqquşmadan sonra "Range Rover"in sürücüsü idarəetməni itirib və maşını yaxınlıqdakı piyada keçidinə çırpıb. “VAZ-21015” isə işıqforun dirəyinə dəyib. İşıqforun dirəyi yerindən qopub, piyada keçidinin divarının bir hissəsi dağılıb.
Faktla bağlı araşdırma aparılır.