Günəşlidə BMW “Mercedes”i vurdu - QƏZA
Bakının Yeni Günəşli qəsəbəsində yol qəzası baş verib. APA TV-nin məlumatına görə, BMW markalı minik maşını "Mercedes" markalı avtomobilə çırpılıb. Avtomobillərin hər ikisi eyni istiqamətdə hərəkət edirmiş. Lakin "Mercedes"in sürücüsü qadağan olunmuş yerdən sola dönmək istəyib. Bu vaxt BMW "Mercedes"i vurub.
Qəza zamanı BMW-də azyaşlı uşaqlar olub. Xoşbəxtlikdən hadisə xəsarətsiz ötüşüb.
Faktla bağlı araşdırma aparılır.