Ağsuda xeyli sayda silah-sursat aşkarlanıb

Ağsu rayonunda xeyli sayda silah-sursat aşkar edilib. APA TV-nin məlumatına görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Gürcüvan kəndinin ərazisindən 1 ədəd “AKM” və 1 ədəd “AKS” silahları, 1 ədəd tank əleyhinə mərmi, 314 ədəd müxtəlif çaplı patron və 8 ədəd patron darağı tapılıb.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, bu ilin ötən iki ayı ərzində polis şöbəsinə daxil olan məlumat əsasında rayonun müxtəlif ərazilərindən iki ədəd “Kalaşnikov” markalı avtomat, 8 ədəd avtomat sandıqçası, bir ədəd tank əleyhinə mərmi, 197 ədəd iri çaplı plomyot gülləsi, bir ədəd F-1 markalı əl qumbarası, 1397 ədəd avtomat gülləsi tapılaraq rayon polis şöbəsinin əməkdaşları tərəfindən götürülüb. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov