Ağdamda ev yanıb

Ağdamda yaşayış evi yanıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, yanğın rayonun Şükürağalı kəndində Məxmər Bəbirova məxsus evdə qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizlik Xidmətinin əməkdaşları və yanğınsöndürən maşınları cəlb olunub. Alovun qarşısı alınsa da, ev yaşayış üçün yararsız hala düşüb. Yanğınsöndürən briqadasından verilən məlumata görə, 64 kvadratmetrlik evin 24 kvadratmetri yanıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.


 

Müəllif | Apa.Tv