Magistraturaya qəbul imtahanlarının nəticələri açıqlandı

Tələbə Qəbulu Üzrə Dövlət Komisyası martın 2-də maqistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələrini açıqlayıb. Bakalavrlar imtahan nəticələri haqda məlumatı Komissiyanın rəsmi internet səhifəsindən və bütün mobil operatorlardan iş nömrəsini 7727-yə SMS-lə göndərməklə öyrənə bilərlər. Hər bir bakalavr həmçinin TQDK-nın internet saytına daxil olaraq öz cavab kartlarının qrafik təsviri ilə də tanış ola bilər.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün 24560 bakalavr qeydiyyatdan keçib. Onlardan 1505 nəfər imtahanda iştirak etməyib 8 nəfəri isə qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunub. Ümumilikdə isə imtahanda 23047 nəfər iştirak edib. İmtahanda ən yüksək nəticə isə 97 bal olub.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova