Siyəzən sakini naməlum şəraitdə bıçaqlanıb

Siyəzən rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, 1984-cü il təvəllüdlü Əkbərov Şamil Əkbər oğlu ötən gün axşam saatlarında bıçaq xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin stabil olduğu bildirilir. Siyəzən Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, bıçaqlanan şəxs ilkin ifadəsində hadisə zamanı sərxoş olduğunu və yıxılaraq xəsarət aldığını bildirib. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan