Avropa Birliyi Ukraynanın “Qazprom”a olan 2 mlrd. dollar borcunu ödəyəcək

Kanada Rusiya ilə hərbi əməkdaşlığı dayandırıb. Ölkənin baş naziri Stiven Harper Rusiya qoşunlarının Krıma girməsi səbəbi ilə bu ölkə ilə birgə hərbi təlimlərə hazırlığı təxirə salıb. Bu arada ATƏT Ukraynaya hərbi müşahidəçilər qrupu göndərəcək. Martın 5-də reallaşacaq səfər zamanı onlar Krım yarımadasındakı hərbi qruplaşmanın fəaliyyətinə aydınlıq gətirməlidirlər.

Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter Öttinger isə bəyan edib ki, Ukraynanın Rusiya qarşısında qaza görə borcunun ödənilməsi komissiyanın Kiyevə hazırladığı yardım paketinin əsasını təşkil edir. Onun sözlərinə görə, Ukraynanın "Qazprom"a 2 milyard dollar borcu var və Avropa Birliyi bu borcu ödəyə bilər.

Müəllif | Apa.Tv