Xaçmazda “Hyundai” körpüdən çaya düşüb
Bu gün səhər saatlarında Gəndob-Yalama yolunun 27-ci kilometrliyində, Xaçmaz rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. “Hyundai” markalı avtomaşın idarəetməni itirərək körpüdən çaya düşüb. Qəza zamanı sürücü, 1958-ci il təvəllüdlü Xaçmaz rayonu, Köhnə Xaçmaz kənd sakini Ağaqulu Rzayev dünyasını dəyişib. Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilib. Xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış meyiti təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.