Casusluq edən və ermənilərlə işbirliyində olan Azərbaycan vətəndaşları həbs edilib
Xarici dövlətə casusluq edən və ermənilərlə işbirliyində olan Azərbaycan vətəndaşları həbs edilib. Bu barədə Azərbaycan hökumətinin 2013-cü il üzrə hesabatında bildirilir. APA TV-nin məlumatına görə, hesabatda qeyd edilir ki, dövlət məmurları barədə məlumatlar toplayaraq xarici dövlətə ötürən 1 nəfər, eləcə də, Rusiyada yaşayan erməni milliyyətindən olan şəxslərlə cinayətkar işbirliyi qurub, onların sifarişi ilə saxta sənədlər hazırlayaraq satan 1 nəfər Azərbaycan vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub.
Hesabat dövründə Azərbaycanda yaşayan İsrail vətəndaşlarının müəyyənləşdirilməsi, həmin dövlətin respublikamızdakı diplomatik nümayəndəliyinin əməkdaşları barədə məlumatların toplanılması, eləcə də, maraq dairəsinə düşmüş şəxslərin izlənilməsi, onların video və fotoçəkilişlərinin aparılması üzrə İran xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirən 2 Azərbaycan vətəndaşı ifşa olunaraq yaxalanıb.
Bundan əlavə kompyuter sisiteminə qanunsuz daxilolma cinayətləri üzrə 11 cinayət işi başlanılıb, 15 Azərbaycan, 4 Gürcüstan və 1 Rusiya vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib. Ötən il Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət cinayət işlərindən 131 şəxs barəsində 40 iş üzrə müvafiq ittiham aktları məhkəməyə verilməsi üçün Baş Prokurorluğa göndərilib.