Bakıda qanunsuz stomotoloji xidmət göstərən 200 nəfər aşkarlanıb
"Ötən il ölkədə lisenziyasız fəaliyyət göstərən 5 aptekin fəaliyyəti dayandırılıb".
APA TV-nin xəbərinə görə, bu barədə Azərbaycan hökumətinin 2013-cü il üzrə hesabatında bildirilir. Hesabatda qeyd olunur ki, il ərzində ölkə üzrə ümumilikdə 270 aptekdə yoxlamalar həyata keçirilib. Reydlər zamanı dövlət qeydiyyatına alınmamış və yararlılıq haqqında analiz protokolları olmayan 8601 qutu, istifadə müddəti bitmiş 65 qutu dərman preparatları müsadirə edilib. Eyni zamanda paytaxtda lisenziyasız stomotoloji xidmət göstərən 200-dən artıq hüquqi və fiziki şəxs aşkarlanıb, onların barəsində müvafiq tədbir görülüb. Ümumilikdə isə 2013-cü ildə xüsusi razılıq olmadan 376 özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olma faktı aşkarlanaraq inzibati icraat aparılıb.