Etibar Pirverdiyev: "Elektrik enerjinin qiymətinin artması üçün müraciət edilməyib"

"Üç ölkə arasında elektrik enerjisinin paralel ötürülməsini nəzərdə tutan enerji körpüsü layihəsi bu ilin sonunadək işə salınacaq".

APA TV-nin xəbərinə görə, "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev deyib ki, artıq Mingeçevirdən Gürcüstanadək  elektrik ötürücüləri tam hazırdır: "Dəyişən cərəyanın sabit cərəyana çevrilməsi Gürcüstan ərazisində qoyulub.  Türkiyə sərhədlərində işlər aparılır. Düşünrəm ki, yaxın vaxtlarda bu xətt işə salınacaq".

Etibar Priverdiyevin sözlərinə görə, 400 meqavat gücündə 2-ci enerji bloku da bu ilin sonunda istifadəyə veriləcək. Ölkənin elektrik stansiyalarının qoyuluş gücünün 6 min meqavat civarında olduğunu deyən Etibar Priverdiyev 800 meqavat gücündə yeni stansiya istifadəyə verildikdən sonra nəticənin dəyişməməyinə də münasibət bildirib: "Həmin gücü istifadəyə verməklə çox köhnə olan, 1960-cı illərin əvvəllərində yaradılmış Şirvan elektrik stansiyasında istehsalı tədricən saxlayacağıq".

Etibar Pirverdiyev Azərbaycanda elektrik enerjisinin qiymətinin artması məsələsinə də münasibət bildirib: "Bu, "Azərenerji"nin səlahiyyətlərindən kənardır. Ancaq biz belə bir təklif irəli sürməmişik".

Onun sözlərinə görə, bu il də Azərbaycanda ağıllı sayğacların quraşdırılması işləri aparılacaq. 

Müəllif | Apa.Tv