Komitə sədri: "Azərbaycanda benzin yenidən bahalaşmayacaq"

Aprel ayının 1-dən Azərbaycana “Aİ-98” markalı avtomobil benzini ilə yanaşı, “Aİ-95” markalı benzin də idxal olunacaq.


APA TV-nin xəbərinə görə, Standartlaşdırma, Metrologiya və Patient üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib ki, Elmlər Akademiyasında fəaliyyət göstərən alimlər yanacağın keyfiyyətini yüksəltmək üçün hansı tədbirlərin görülməsi ilə bağlı işlər aparırlar:

 

“Aprelin 1-dən biz istehsalı dayandıracağıq. 95 oktanlı benzin idxal olunacaq”.

 

Ramiz Həsənovun sözlərinə görə, bu dəyişiklik heç bir qiymət artımına səbəb olmayacaq.

 

Müəllif | Apa.Tv