Yeni standartlar hazırlanır

Azərbaycanda sənaye sahəsini tənzimləyən standartların və digər normativ hüquqi sənədlərin layihələrinin hazırlanmasını həyata keçirilən yeni Texniki Komitənin təqdimatı keçirilib. APA TV-nin xəbərinə görə, Sumqayıt Texnologiyalar Parkında (STP) keçirilən təqdimat mərasimində çıxış edən Standartlaşma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib ki, "Sənaye məhsullarının standarlaşdırılması" üzrə Texniki Komitənin yaradılmasında məqsəd beynəlxalq təcrübəyə əsaslanaraq, sahə üzrə standartlaşdırmanın illik və perspektiv planlarını tərtib etməkdir: "Bu komitə alt komitələrdən ibarətdir. Əsas məqsəd beynəlxalq standartları, Avropa standartlarını ölkəmizdə tətbiq etməkdir".

 

Bildirilib ki, Texniki Komitə bu il Avropa standartları əsasında elektrik kabelləri, kabellərin cərəyan keçirən damarları, gəmilərin elektrik avadanlıqları üçün idarəetmə və güc kabelləri, su təchizatı, drenaj və təzyiq altında olan çirkab suları üçün polimer boru kəmərləri sistemi, qazların daşınması üçün polimer boru kəmərləri sistemi və s. ilə bağlı 20 milli standart layihəsinin hazırlanması planlaşdırır.

 

Müəllif | Apa.Tv