Metroda özünü qatarın altına atan oğlanın qolu amputasiya olundu

Bakı metrosunda faciəli hadisə baş verib. Təcilli Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, hadisə metronun “Ulduz” stansiyasında qeydə alınıb. Kimliyi hələ məlum olmayan 25 yaşlı oğlan özünü qatarın altına atıb. Hadisə yerində olan sərnişinlərin köməkliyi ilə təcilli tibbi yardım stansiyasının həkimlərinə təhvil verilən yaralı xəstəxanaya aparılıb.

 

Onun sağ qolu amputasiya olunub.

 

Bakı Metropolitenindən bildirib ki, “Ulduz” stansiyasında bir nəfər özünü “Nərimanov” stansiyasından gələn qatarın altına atıb.

 

Bu səbəbdən elektrik cərəyanı ayrılıb, qatarların fəaliyyətində fasilə yaranıb.

 

Müəllif | Apa.Tv
Apa.tv