Lökbatanda ölən qadının meyiti ailəsinə təhvil verilib
Qaradağ rayonu, Lökbatan qəsəbəsində qazdan zəhərlənərək vəfat edən 45 yaşlı Natalya Məmmədovanın meyiti ailəsinə təhvil verilib. APA TV-nin məlumatına görə, qaza vurulan adarant adlı maddədən təsirlənən qəsəbə sakini, 45 yaşlı Natalya Məmmədovanın halı qəfil pisləşib. Ailə üzvləri dərhal təcili tibbi yardım çağırıblar. Lakin qadının həyatını xilas etmək mümkün olmayıb.
Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Lökbatan qəsəbəsində yerləşən 15 saylı köməkçi Yardım Stansiyasından bildirilib ki, N. Məmmədovanın qaz zəhərlənməsindən və ya başqa bir xəstəlikdən dünyasını dəyişdiyi ekspertizanın nəticələri bəlli olduqdan sonra bilinəcək.