ABŞ və Rusiya XİN başçıları görüşdü

Parisdə ABŞ-ın Dövlət katibi Con Kerri və Rusiyanın Xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.

 

APA TV-nin xəbərinə görə, Krım böhranı başlayandan bu, Lavrovla Con Kerri arasında baş tutan ilk görüşdür.

 

Rusiya xarici işlər nazirinin sözlərinə görə, Kerri razılaşıb ki, ultimatum şəraitində konstruktiv dialoq aparmaq qeyri-mümkündür.

 

“Hazırda biz Fransa xarici işlər nazirliyinə yollanırıq. Orada bizi Polşa, Fransa və Almaniyanın xarici işlər nazirləri gözləyir. Hansılar ki, məlum 21 fevral sazişinə imza atmışdılar” – deyə, Lavrov bildirib.  Öz növbəsində, Con Kerri Rusiya ilə Ukraynanı birbaşa danışıqlara çağırıb.

 

Müəllif | Apa.Tv