Donetskdə toqquşma: 7 yaralı
Ukraynanın Donetsk şəhərində baş verən toqquşmada 7 nəfər xəsarət alıb. APA TV xəbər verir ki, bu barədə Donetsk vilayətinin dövlət administrasiyasının mətbuat xidməti xəbər yayıb.
Məlumatda qeyd olunub ki, kütləvi aksiyaların keçirildiyi yerlərdə üç təcili yardım briqadası növbədə olub. Həkimlərə 7 nəfər müraciət edib, 1 nəfər Travmatologiya xəstəxanasına yerləşdirilib.
Xatırladaq ki, martın 5-də Donetskdə Ukraynanın ərazi bütövlüyünə dəstək aksiyası və Rusiyameyyli fəalların mitinqi kütləvi dava ilə nəticələnib.