"Azəriqaz"dan yeni açıqlama: "VERİLƏN QAZ NORMALARA UYĞUNDUR”

ARDNŞ-ın “Azəriqaz” İstehsalat Birliyi dünən Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verən zəhərlənmə ilə bağlı açıqlama verilib.

 

İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev “APA-Economics”ə bildirib ki, qurum artıq hadisə ilə bağlı araşdırmalar aparıb: “Müəyyən edilib ki, qazın tərkibinə vurulan adorant maddəsi tam normaya uyğundur. Götürülən nümunələr laboratoriya şəraitində yoxlanılıb. Məlum olub ki, qəsəbəyə verilən qazın tərkibinə heç bir əlavə qatqılar vurulmayıb. Verilən qaz tam olaraq, normalara uyğundur”.

 

Zəhərlənənlərin rəsmi sayının 115 olduğuna gəldikdə, A.Ağayev deyib ki, buna əhalinin təşviş və stress içində olması səbəb olub: “Adorant adlanan maddə kəskin iy və qoxuya malikdir. Bu da normaya uyğun verilib. Bununla belə, “Azəriqaz” aparılan əlavə araşdırmalardan sonra hadisə ilə bağlı rəsmi məlumat yayacaq”.

 

A.Ağayev əlavə edib ki, Lökbatan qəsəbəsinə qazın verilişi tam gücündə bərpa olunacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv