Kütləvi zəhərlənmə faktını araşdırmaq üçün komissiya yaradılıb - RƏSMİ

Dövlət Neft Şirkəti Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verən kütləvi zəhərlənmə ilə bağlı rəsmi məlumat yayıb. APA TV-nin xəbərinə görə, məlumatda deyilir ki, hadisə ilə əlaqədar mütəxəssislərdən ibarət komissiya yaradılıb və araşdırma işlərinə başlanılıb. Hazırda Komissiya tərəfindən baş vermiş kütləvi ürəkbulanma hallarının mümkün səbəbləri ilə əlaqədar bir neçə versiya üzərində iş aparılır. Komissiyanın yekun rəyi hazır olan kimi açıqlanacaq.

 

Şirkətin və Fövqəladə Hallar Nazirliyinin birgə qərarına əsasən, bütün qazpaylayıcı stansiyalarda odarant qurğuları quraşdırılmalıdır. Hazırda ölkə üzrə istismar olunan 205 qazpaylayıcı stansiyadan 178-də belə qurğular quraşdırılıb. ARDNŞ-in sonuncu dəfə aldığı bu qurğulardan biri də Lökbatan qəsəbəsində quraşdırılıb.

 

Nüfuzlu mütəxəssislərin rəyinə əsasən, odarant qoxusu olmayan, insan orqanizminə və ətraf mühitə təhlükə yaradan, partlayış verə bilən qazların sızmasını tez müəyyən etmək üçün bu qazlara qarışdırılan qoxu verən maddədir. Odarantın qazlara qarışdırılması müəyyən qatılıqda aparılır. Məişətdə istifadə olunan təbii qaz qoxusuz olduğuna görə təhlükəsizlik baxımından bu qazlara qarışdırılan odarantlar rəngsiz və kəskin iyli, havadan 1,7 dəfə ağır olan qazdır. Odarantın insan orqanizminə ciddi təsiri halları qeydə alınmayıb. Bu maddə qaz yanarkən tam yanır.

 

Lökbatan qəzəsəbəsində baş verən kütləvi zəhərlənmə nəticəsində təbii qazdan 115 nəfər zəhərlənib, bir nəfər ölüb.

Müəllif | Apa.Tv
Apa.tv