Kütləvi zəhərlənmə faktl ilə bağlı cinayət işi başlandı
Bakının Lökbatan qəsəbəsində baş verən kütləvi zəhərlənmə ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Martın 5-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi Vilayət Əsgərov küçəsində yerləşən dörd yaşayış binasında qazdan kütləvi zəhərlənmə olub. Nəticədə 100-dən çox sakin həkimə müraciət edib. Hadisə baş verən əsnada qəsəbə sakini, 45 yaşlı Natalya Məmmədovanın halı pisləşib. Ailə üzvləri dərhal təcili tibbi yardım çağırsalar da, qadının həyatını xilas etmək mümkün olmayıb.