Sevastopolda jurnalistin helikopteri zəbt olunub

Fərqləndirici nişanı olmayan forma geyinmiş silahlı insanlar Sevastopola jurnalist aparan helikopteri zəbt ediblər. APA TV-nin xəbərinə görə, Ukrayna Daxili İşlər Nazirliyinin Krımdakı media mərkəzinin rəhbəri Vladislav Seleznyovv öz "facebook" səhifəsində belə yazıb: "Sevastopolda "Dairəvi" buxtasındakı aviazavoda jurnalist gətirən helikopter jurnalistlər zavodu tərk edən kimi fərqləndirici nişanı olmayan forma geyinmiş silahlı insanlar tərəfindən zəbt edilib. Əldə olunan məlumata görə, ekipaj üzvləri konvoyun müşayiəti ilə aparılıb. Hazırda Rusiya əsgərləri jurnalistlərin olduğu bütün ərazilərdə nəzarət kameralarını sökürlər. Xəbər dəqiqləşdirilir".

O qeyd edib ki, Ukrayna fövqəladə hallar dövlət xidmətinin helikopteri də blokadada qalıb və Ukrayna aparıcı mediasının 13 jurnalisti onun azad olunması ilə bağlı danışıqlar aparır.

Ukrayna dövlət sərhəd xidmətinin məlumatına görə, hazırda Krımdakı 10 obyekt Rusiya hərbi xidmət orqanlarının əməkdaşlarının nəzarətində saxlanılır. 

Müəllif | Apa.Tv