ABŞ-dan Rusiyaya SANKSİYA

ABŞ Ukraynanın ərazi bütövlüyünə təhlükə törədən rusiyalı vəzifəli şəxslərə viza məhdudiyyəti şəklində sanksiya tətbiq edib. APA TV-nin xəbərinə görə, bu barədə Ağ evin yaydığı rəsmi bəyanatda deyilir. "Prezident Barak Obamanın tapşırığı ilə 6 mart 2014-cü il tarixindən ABŞ Dövlət Departamenti bir sıra məmur və fiziki şəxslərə qarşı viza sanksiyası həyata keçirir" - deyə, bəyanatda bildirilir. Məlumatda qeyd edilir ki, sanksiya həm Rusiya, həm də Ukraynanın vəzifəli şəxslərinə şamil olunacaq. Ağ ev bəyan edib ki, ABŞ Ukraynadakı vəziyyətin inkişafından asılı olaraq, digər tədbirlər, o cümlədən sanksiyalar həyata keçirməyi planlaşdırır. 

Müəllif | Apa.Tv