İlkər Başbuğ azadlığa buraxıla bilər

Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi İlkər Başbuğ azadlığa buraxıla bilər. Türkiyənin Konstitusiya Məhkəməsi "Ergenekon" əməliyyatında ömürlük həbsə  məhkum edilmiş Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi İlkər Başbuğun fərdi müraciətinə baxıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Konstitusiya Məhkəməsi İlkər Başbuğ haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə onun vəkilinin aşağı məhkəmə instansiyasında qaldırdığı vəsatətə baxılmamağını "insan hüquq və azadlıqlarının pozulması" kimi qiymətləndirib.

“Ergenekon” işinə baxan İstanbul 13 saylı Ağır Cinayətlər Məhkəməsi İlkər Başbuğ haqqında məhkəmə qərarının izah hissəsinin hələ yazılmadığını səbəb göstərərək vəkilin vəsatətini baxış üçün qəbul etməmişdi. Konstitusiya Məhkəməsinin qərarı 13 saylı məhkəməyə göndərildikdən sonra bu instansiya İlkər Başbuğun vəkilinin vəsatətinə baxmaq məcburiyyətindədir. Sabiq ordu rəhbərinin azadlığa buraxılıb-buraxılmayacağına 13 saylı məhkəmə qərar verəcək.   

Müəllif | Apa.Tv
Elvin Bayramlı