Ərdoğan Kılıçdaroğlunu təhqir etdi
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan dünyasını dəyişən anasının adını korrupsiya qalmaqalında hallandıran Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun ünvanına təhqiramiz ifadələr işlədib. O, CHP liderini əxlaqsızlıqda, tərbiyəsizlikdə günahlandırıb.
Qeyd edək ki, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu martın 5-də keçirilən mitinqdə 17 dekabr əməliyyatından danışarkən Rəcəb Tayyib Ərdoğanın anası Tənzilə Ərdoğanı korrupsiyada suçlamışdı. Amma az sonra baş nazirin anasının vəfat etdiyini xatırlayan CHP lideri sözlərinə düzəliş etmişdi.