Qusar-Şahdağ yoluda ağır qəza: 1 ÖLÜ
Qusar-Şahdağ yolunun 15-ci km-də, rayonun Xuray kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Xırdalan şəhər sakini, 36 yaşlı Əliyev Cəlal Hidayət oğlunun idarə etdiyi avtomaşın idarəetmənin itirilməsi nəticəsində aşıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, qəza nəticəsində sürücü və sərnişin - Beyləqan rayon sakini, 22 yaşlı Sədayıllı Rəvan Ağa oğlu Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, sürücü Cəlal Əliyevin həyatını xilas etmək mümkün olmayıb.
İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı Qusar rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.