Qohumunun evini yardı

Saatlıda oğurluq faktının üstü açılıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. Hadisə martın 4-də rayonun Qıraqlı kəndində baş verib. APA TV xəbər verir ki, kənd sakini  Zakir Alışanov ona məxsus evdən qızıl zinət əşyalarının oğurlandığı haqda polisə məlumat verib. Məlum olub ki, evdən umumi dəyəri 2500 manat olan 1 ədəd boyunbağı, 1 ədəd qolbağı və 1 ədəd üzük oğurlanıb. Polis əməliyyat-axtarış tədbirlərinə başlayıb. Ev sahibinin qohumu Alışanov Ceyhun Hidayət oğlu əməliyyat zamanı şübhəli şəxs qismində saxlanılıb. Polis şöbəsinə gətirilən Ceyhun Alışanov cinayəti  törətdiyini etiraf edib.

 

Əvvələr məhkumluğu olmayan Ceyhun cinayəti  sərxoşkən törətdyi söyləyib. 

 

 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı