Doqquzmərtəbəli binada yanğın həyəcanı
Ötən gecə Bakının Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib. APA TV-nin məlumatına görə, yanğın binanın 1-ci mərtəbəsində lift nəzarətçisi otağından başlayıb. Yanğın zamanı bir neçə mənzilə tüstü dolub, sakinlər də hadisədən bundan sonra xəbər tutublar.
Sakinlər yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xətt xidmətinə xəbər veriblər. Hadisə yerinə gələn yanğınsöndürənlər alovun mənzillərə keçməsinə imkan verməyiblər və yanğın söndürülüb. Lift idarəsinin əməkdaşları günlərlə gedib-gəlmədikləri otaqda yanğının qəsdən törədildiyini düşünürlər:
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən APA TV-yə verilən məlumata görə, yanğın 12 kv. metr sahəni əhatə edib. Yanğına nəyin səbəb olduğu ilə bağlı araşdırma aparılır.