Eyni adamı ikinci dəfə bıçaqladı

Sumqayıt şəhərindəki 36-cı məhəllədə bıçaqlanma hadisəsi baş verib. Şəhər Polis İdarəsindən verilən məlumata görə, Aqil Müseyibov aralarında yaranmış münaqişə zəminində qohumu Etibar Qədirovu bıçaqlayıb. Bu, qohumlar arasında ikinci qanlı hadisədir. Aqil Müseyibov 2012-ci ildə şəxsi münasibətlər zəminində yaranmış münaqişəyə görə Etibar Qədirovu bıçaqlayıb. Etibar Qədirov polisə şikayət edib. Aqilin atası Etibara pul verib ki, şikayətini geri götürsün. Sonuncu şikayətini geri götürüb, ona verilən pulla özünə avtomobil alıb. Aqil Müseyibov həbsxanadan çıxandan sonra aradakı ədavət yenidən qızışıb: "Gəlib gözümün qabağında sürdü, mənim də xoşuma gəlmədi. Çərşənbə günü içkili olmuşam. Yumruq atmaq istəyəndə bıçaqla vurmuşam".

 

APA TV-nin xəbərinə görə, Etibar Qədirov Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib: "İki-üç dəqiqə söhbət elədik. Dedi ki, bir də qabağına çıxsam, başımı kəsəcək".

 

Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı