Naxçıvanda hərbi maşın minaya düşdü

Cəbhə xəttində hərbi maşın minaya düşüb. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Minaya düşən “Ural” markalı yük maşını yararsız hala düşüb. Avtomobilin sürücüsü, müddətdən artıq xidmət edən hərbi qulluqçu Novruz Zeynalovun müxtəlif xəsarətlər aldığı barədə məlumat var. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləsələr də, sürücünün xəsarət almadığı bildirilir.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı