Bakıda cibindən ağrıkəsici dərmanlar çıxan kişi meyiti tapıldı

Bu  gün səhər saatlarında  Sabunçu rayonu Zabrat qəsəbəsi 1 may kücəsində yolun kənarında naməlum  30-35 yaşlı kişi  meyiti tapılıb.   Ətrafda yaşayanlar  dərhal  Sabuncu rayon 15-ci polis bölməsinə zəng vurublar. Hadisə yerinə gələn polis əməkdaşları təcili-tibbi yardım briqadasını çağırıblar. Meyit müayinə ücün Sabunçu rayon pataloji anatomiya şöbəsinə  göndərilib. Hadisə yerində olan Sabunçu rayon prokurorluğunun əməkdaşlarının APA TV-yə verdiyi məlumata görə, onun  bədənində  kəsici və deşici xəsarətlər aşkar olunmayıb.  Mərhumun cibindən  ağrıkəsici dərman  aşkar olunub.  Sağ qolunda  dirsəkdən yuxarı hissədə  döymənin olduğu bildirilir. Meyitin şəxsiyyəti hələ dəqiqləşməyib.    

Müəllif | Apa.Tv