Rusiya Federasiya Şurası Krım parlamentinin qərarına "hə" dedi
Rusiya Federasiya Şurası Krımın Rusiyanın tərkibinə daxil olmasını dəstəkləyir. APA TV-nin məlumatına görə, şuranın spikeri Valentina Matviyenko Krım parlamentinin nümayəndə heyəti ilə görüşdə onların referendum elan etməyə tam haqlarının olduğunu bəyan edib. Gürcüstan parlamenti isə 72 səslə Ukrayna hadisələri ilə bağlı bəyanat qəbul edib. Müzakirəsi 2 gün aparılan bəyanatda Gürcüstanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi, Rusiyanın bu ölkənin suverenliyinə qarşı zorakı hərəkətləri pislənərək beynəlxalq normalara zidd olduğu deyilir. Bu arada Kanada 9 Rusiya hərbiçisinin ölkəsindən çıxarılması ilə bağlı qərar qəbul edib. Onların hər birinə Kanada torpaqlarını tərk etmək üçün 24 saat verilib. Səbəb kimi isə Rusiyanın Ukraynaya qarşı yeritdiyi siyasət göstərilir.