"ASAN Xidmət" məhkumlara şəxsiyyət vəsiqəsi verdi

Məhkum qadınlara şəxsiyyət vəsiqələri verildi


Azərbaycanda məhkumlara şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb. İlk olaraq "ASAN Xidmət" 4 saylı cəzaçəkmə müəssisində 66 qadın məhkuma vəsiqə verib. Tədbirdə çıxış edən Penitensiar Xidmətin rəisi  Mədət Quliyev bildirib ki, məhkumlara şəxsiyyət vəsiqəsinin verilməsi ilk dəfə baş verir və bu, bütün çəzaçəkmə müəsissələrində həyata keçirləcək. Penitensiar xidmətin rəisi  Mədət Quliyev şəxsiyyət vəsiqələrinin verilməsini 8 mart - Beynəlxalq Qadınlar Gününə təsadüf etdiyini deyib. Rəis bildirib ki, bu analoqu olmayan bir tədbirdir. MDB dövlətlərində və Avropanın inkişaf etmiş ölkələrinin heç birində belə tədbir keçirlimir.

 

Məhkum qadınlara vəsiqələrin verilməsi onlara əsl bayram sevinci yaşadıb.

 

"Bu bizim üçün bir yenilikdir. Bu işdə kimin zəhməti varsa hər birinə təşəkkür edirəm."

 

"Mən şəxsiyyət vəsiqəsinin təzələnməsinə görə çox sevinirəm." Azadlığa çıxmağıma az qalıb və bu problemim həll olundu. Bunu təşkil edənlərə minnətdaram".

 

APA TV-nin xəbərinə görə, tədbirdə millət vəkili  Əli Hüseynli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədr müavini Aynur Sofiyeva, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin - “ASAN Xidmət”in sədr müavini Ülvi Mehdiyev çıxış edərək qadın məhkumları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik ediblər.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova